Komandalar milli fasiləyə yollanarkən, bu mövsüm, bəzi komandalar yüksək keyfiyyətli oyunçulara sahib olmasına baxmayaraq gözləntiləri qarşılaya bilməyiblər. ONBİR həmin komandaları və onların indiyə qədər olan performanslarını sizə təqdim edir:

BORUSSİA DORTMUND – Keçən mövsüm Bundesliqada çempionluğu son həftələrə qədər təqib edən Borussia Dortmund, bu mövsüm daha yaxşı komanda qurmasına baxmayaraq, yaxşı nəticələr ala bilməyib. Liqada keçirilən 7 oyunda cəmi 3 qələbə alan Dortmund təmsilcisi, hazırda Almaniya liqasında 8-ci sırada qərarlaşıb.

MİLAN Milan yenə bahalı transferlər etsə də, görünən odur ki, düzgün transfer siyasəti yürütməyib. Belə ki, Seria A`da 7 oyunda 4 məğlubiyyət alan komanda, hazırda lider Juventus`un 10 xal gerisində qalıb və 13-cü sıraya qədər geriləyib.

MANCHESTER UNİTED – Dünyanın ən gəlirli komandası olan ”Qırmızı Şeytanlar” isə Premyer liqa tarixinin ən pis dövrünü keçirir. Belə ki, 8 oyunda sadəcə 2 qələbə alan Manchester United, 9 xal ilə 12-ci sırada qərarlaşıb.

GALATASARAY – Bu yay transfer pəncərəsində Falcao, Lemina, Seri, Nzonzi və Babel kimi ulduz oyunçuları heyətinə qatan ”Cim Bom”, bu il oynadığı futbol və aldığı nəticələr ilə azarkeşlərini məyus edib. Oynadığı 7 liqa oyununun sadəcə 2-ni qazanan komanda, 10 xal ilə 10-cu yerdədir.

OLYMPIQUE LYON – Heyətində potensialı olan gənc və Depay kimi ulduz oyunçuları özündə saxlayan Lyon, buna baxmayaraq gözlənilən performansı hələ ki göstərə bilmir. Fransız təmsilcisi hazırda Fransa liqasında 14-cü pillədə qərarlaşıb.