EURO 2020-da püşk atması bugün Ruminiyanın paytaxtı Buxarestdə atılacaq. UEFA`nın verdiyi açıqlamaya əsasən 24 ölkə 4 fərqli torbada yer alacaq:

1-ci torba: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci torba: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya
3-cü torba: Portuqaliya, Türkiyə, Danimarka, Avusturya, İsveç, Çexiya
4-cü torba: Uels, Finlandiya, UEFA Millətlər liqası play-off`larında A, B, C və D qruplarının birinciləri

EURO 2020 çempionatı tarixdə ilk dəfə 12 fərqli ölkədə keçiriləcək. Açılış matçı 12 iyunda İtaliyanın paytaxtı Romada, final matçı isə 12 iyulda Londonda oynanılacaq. Oyunlar ölkəmizin paytaxtı Bakı da daxil olmaqla Roma, Peterburq, Kopenhagen, Amsterdam, Buxarest, London, Qlazqo, Bilbao, Dublin, Münhen və Budapeşt şəhərlərində keçirələcək.