İtaliyada koronavirus pandemiyası sürətli şəkildə yayılmaqda davam edir. ONBİR Cadena Ser radio stansiyasına istinadən xəbər verir ki, 19 fevral Çempionlar Liqasının 1/8 finalı çərçivəsində San Siro`da keçirilən “AtalantaValencia” matçı koronavirus pandemiyasının İtaliyanın Lombardiya bölgəsində tez və böyük miqyasda yayılmasının əsas səbəbi kimi göstərilir. Son günlərdə bu fikirə İtaliyada ciddi şəkildə inanmağa başlayıblar. Qeyd ki, 76 min tutumu olan San Siro stadionu adı çəkilən matçda tam olaraq dolmuşdu.

Hazırda İtaliyada koronavirusa yoluxan 60 minə yaxın insan qeydə alınıb, 6 minə yaxın insan isə vəfat edib.