Arsenal`ın eks-hücumçusu Andrey Arshavin komandanın indiki 10 nömrəsi Mesut Ozil haqqında açıqlama verib. ONBİR Goal.com`a istinad edərək sizə bu xəbəri təqdim edir:

Mesut`a hörmətim var. O, dünya səviyyəli oyunçudur. Yenə də o, mənim fikrimcə oyunu yavaşladır. Mən Artetadan fərqli olaraq onun yerinə başqa oyunçudan yararlanardım.

Onların hücumda çox yaxsı oyunçuları var və onlar oyunda inamlı təsir bağışlayırlar. Arsenal`ın hücum xəttini izləməkdən zövq alıram, amma müdafiəsində mənim dövrümdən bəri problemlər var.

Mikel komandada kifayət qədər vaxt keçirib və komandanı tanıyır. Wenger ilə çalışaraq təcrübə qazanmışdır. Oyunçular ona hörmət bəsləyirlər və onun gəlişindən sonra komandada köklü olmasa da, müsbətə doğru dəyişiklər var.