Arsenal`ın əfsanələrindən olan Dennis Bergkamp, Unai Emery`nin komandasına baxarken özünü pis hiss etdiyini və klub üçün çox üzüldüyünü bildirib. O, komandanın çempionluq uğrunda mübarizədən kənarda qalmasına çox təəssüf edir.

Əfsanəvi hollandiyalı, şimali Londonda keçirdiyi 11 il ərzində 3 Premier League çempionluğu qazana bilib. Ancaq artıq 15 ildir ki, Arsenal çempionluq üzünə həsrətdir.

Bergkamp, Ian Wright`ın Youtube kanalına verdiyi müsahibədə bildirib ki :
”Hər şey artıq dəyişib. Bizim zamanımızda əsasən ingilis futbolçulardan ibarət komandamız var idi və onlardan əlavə də bir neçə xarici oyunçu. Və biz çox uğurlara imza atdıq. Ancaq hal hazırda vəziyyət tamamən tərsinə dönüb və bu çox üzücüdür.”

”Qısa zaman dilimində çox klublar oldu ki, top səviyyəyə qalxıb özlərini irəli apardılar, bəlkə Arsenal da inkişaf edib, ancaq o səviyyədə inkişaf təəssüf olsun ki olmadı”

ONBİR qeyd edir ki, Arsenal hal hazırda LiverpoolManchester City`dən sonra 3-cü pillədə qərarlaşıb. Ancaq “topçular” lider Liverpool`dan 9 xal geridədir.