Chelsea`nin yarımmüdafiəçisi Willian karyerasını Arsenal`da davam etdirə bilər. ONBİR ESPN`ə istinadən xəbər verir ki, “Topçular” 31 yaşlı braziliyalı futbolçu uğrunda mübarizədə liderdilər.

Həmyerliləri David Luiz və Gabriel Martinelli`nin Arsenal`da oynaması Willian`ın transferində həlledici rol oynaya bilər.

Qeyd edək ki, Willian`ın Chelsea ilə müqaviləsi 2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub. Onunla maraqlanan klublar arasında RomaNewcastle da yer alır.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.