Ceballos

Dünyada yayılan COVID-19 pandemiyasına görə artıq bir müddətdir ki hər tip idman yarışına fasilə verilib. Yaranan bu fasilə bəzi sualları da özü ilə gətirməkdədir. Nümunə üçün onu demək olar ki, müqavilələri qarşıdakı İyun ayında bitəcək olan futbolçular demək olar 3 ay futbol oynamadan maaşlarını alıb başqa kluba keçə biləcək. Həmçinin icarə müddəti yarım qalan oyunçularda da vəziyyət qəribə hal alıb. Yalnız Chelsea`dən Willian oyun olmayan müddət qədər əlavə qalıb maaş almadan meydana çıxmağa hazır olduğunu bildirib. Həmçinin Manchester United də Odion Ighalo`nu transfer etməkdə qəti fikrə sahibdir.

Arsenal isə bu oyunsuz keçən itmiş zaman kəsiyində forma geyinə bilməyən Danny Ceballos`un icarəsini uzatmaq haqda düşünür. Onların artıq rəsmi təklif etdiyi deyilir.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.