Son zamanlar Ibrahimovic`in şəxsi sosial hesabından paylaşdığı və “Salam İspaniya, qayıdıram” sözlərini dediyi videoçarxdan sonra çoxları onun mövsümün ortasında La Liga klublarının birinə keçəcəyini güman edir.

Onu transfer etmək istəyən klubların siyahısına isə Simeone`nin Atletico`su başçılıq edir. Lakin son zamanlar yayılan xəbərlərə görə, hadisələrin inkişafı başqa cür də ola bilər.

ONBİR AS nəşrinə istinadən xəbər verir ki, Ibrahimovic`in qayıdış məqsədi futbol oynamaq olmayada bilər. İspaniyanın “Bethard” mərc şirkəti ilə əməkdaşlıq edən isveçlinin şirkətin bu ölkədə brend “təmsilçisi” olaraq çıxış etmə ehtimalı da var.

Ibra`nın hal-hazırda LA Galaxy ilə olan müqaviləsi dekabr ayında bitir və MLS`in artıq qış fasiləsində olduğunu nəzərə alarsaq deyə bilərik ki, o komandada artıq son oyunu keçirdib. Qərb Konferensiyasının yarımfinalında komandasının LAFC qarşısında aldığı 5-3 hesablı məğlubiyyətdən sonra onun açıqlaması hər kəsdə maraq doğurmuşdu:

“Gələn il nə baş verəcək ? Bilmirəm. Əgər burada qalsam bütün dünya MLS`i izləməyə davam edəcək. Əgər buranı tərk etsəm MLS yaddaşlardan silinəcək.”

Xatırladaq ki, Atletico ilə yanaşı isveçli oyunçunun adı Napoli ilə də hallanırdı. Həmçinin, David Beckham`ın yeni franşizası (franchise) olan Inter Miami də Ibra`nın növbəti dayanacağı ola bilər.