ONBIR Goal.com dərcinə istinadən xəbər verir ki, Napoli’nin baş məşqçisi Carlo Ancelotti Brescia’nın hücumçusu Mario Balotelli’nin irqçi şüarlara qarşı etdiyi hərəkəti dəstəkləyib:

“Mario düzgün etdi, reaksiyası müvafiq idi. Bu mövsüm artıq neçəni dəfədir ki, oyun irqçilik zəminində dayandırılır. Bu da onun göstəricisidir ki, irqçiliklə mübarizədə futbol cəmiyyəti düzgün yoldadır”.

Xatırladaq ki, Verona ilə keçirilən matçın 54-cü dəqiqəsində Balotelli topu künc bayrağının yanında əlinə alaraq tribunalar istiqamətinə vurdu. Məlum oldu ki, Mario irqçi şüarlara qəzəblənərək bu hərəkəti etdi. Hakim ona sarı vərəqə göstərdi, oyun qısa müddətlik dayandırıldı, stadionda təhqirlərin davam edəcəyi təqdirdə matçın dayandırılacağını elan edildi.