fbpx
October 28, 2020

Alt liqaların ən sevilən ingilis klubu – Yazı

Ən son

Günün oyunları – 28 oktyabr

ONBİR  bu gün oynanılacaq matçların siyahısını təqdim edir. Qeyd edək ki, siz ONBİR TV vasitəsilə bütün oyunları izləyə, siyahıda olmayan matçlara...

ÇL-də II tur həyəcanına start verildi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. ONBİR baş tutan matçların siyasını təqdim edir:

Günün oyunları – 26 oktyabr

ONBİR  19 oktyabr tarixində oynanılacaq matçların siyahısını təqdim edir. Qeyd edək ki, siz ONBİR TV vasitəsilə bütün oyunları izləyə, siyahıda olmayan...

TPL-də VII tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Turun son oyun günündə 2 matç keçirilib. Lider Sumqayıt Sabah`ı...
Avatar
Urfan
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.

Yeni mövsüm öncəsi EPL-ə hansı komandanın yüksəlməsini istəyirsiniz? sualına bir çox insanın cavabı eyni olur.

  • Nottingham Forest

Çempionşipdə 2020/21 mövsümünün artıq ilk 2 turu oynanılıb, 3-cü tura start verilib.

3-cü turun açılış matçında Nottingham Huddersfield`ə məğlub olaraq (0:1) yenə də xal qazana bilməyib.

“Qırmızılar” ilk 3 matçının heç birində xal qazana bilməyib və 0 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşır.

Halbuki Nottinghamshire təmsilçisini ötən mövsüm play-off zonasını 1 pillə ilə qaçırmış, yeni mövsüm də isə bunu daha da yaxşılaşdırmanın planlarını qurmuşdu. Belə görünür ki, Nottingham Forest`in EPL-ə yüksəlməsini gözləyən azarkeşlər bir az da səbr etməli olacaq.

ONBİR olaraq Qərbi Bridgford klubunun tarixinə qısa nəzər salaq.

1865-ci ildə yaradılan 155 illik klub 1 dəfə İngiltərə çempionu olub. (1977/78)

Klubun bu qədər sevilməsinə əsas səbəb Avropada qazandığı uğurlardır.

Nottingham Forest qitənin 1 nömrəli turniri olan Çempionlar Liqasında 2 dəfə çempion olub. (1978/79, 1979/80)

Klub həmçinin 1979-cu ildə oynanılan UEFA Superkuboku matçında Barcelona`nı 2:1 hesabı ilə məğlub edərək Avropanın ən güclüsü ünvanına da sahib çıxıb.

Nottingham Forest – When they were the best

Belə uğurların yanında qazanılan 2 Federasiya Kuboku, 4 Liqa Kuboku, 1 İngiltərə Superkuboku heç danışılmır.

Gənc mütəxəssis Sabri Lamouchi ilə uğurlu keçən ötən mövsümün ardından klub yüksəlişə keçərək bu mövsüm tilsimi qırıb nəhayət ki, EPL-ə yüksələ biləcəkmi? Yoxsa bu mövsümü də yenə orta pillələrdəmi yekunlaşdıracaq? Təbii ki, klubun Çempionşipdən düşmə ehtimalından heç danışmırıq …

- Advertisement -

More articles

Rəy bildir

Şərhiniz bizim üçün çox önəmlidir

Zəhmət olmasa, şərhinizi əlavə edin
Zəhmət olmasa, adınızı daxil edin

- Advertisement -

İcmallar