Arsenal`dan Manchester United`ə transferindən bəri istənilən təsiri bağışlamayan Alexis bu sezondan etibarən Ole Gunnar Solskjaer`in planlarına daxil ola bilməmişdi. Sezon əvvəli Manchester United`dən icarəyə götürülən Alexis Sanchez milli komanda oyununda zədələnib. Çili milli komandasının şərəfini qoruyan Alexis, Antonio Conte`nin güvənini qazanmağa başlamışdı və meydana çıxdığı oyunda dubl da etmişdi.

  Sezon əvvəli yay transfer pəncərəsində Manchester United artıq qərara gəlmişdi ki, Lukaku və Alexis Sanchez o cümlədən daha bir neçə futbolçu klubdan ayrılmalıdır. Maraqlı olan tərəfi isə göndərilən oyunçuların demək olar hamısı Seriya A`ya göndərilib. Belə ki, Lukaku və Sanchez Inter Milan`a, Smalling Roma`ya, Matteo Darmian isə Parma`ya göndərilib. Yüksəlişə keçən Inter, Lukaku və Alexis`in özlərini isbat etmək üçün əla şans idi. Ancaq milli komandaların oyun günündə çilili forvard Alexis ayaq biləyindən zədə alıb. Çilinin Kolumbiya millisi ilə keçirtdiyi yoldaşlıq görüşünün 87-ci dəqiqəsində zədələnən Alexis artıq Milan`a qayıdıb və burada tibbi müalicəsinə başlanılıb.
 
Qeyd edək ki, Alexis çıxdığı ilk start heyyətdəki oyununda Sampdoria qapısına 2 qol vurmağı bacarmaqla yanaşı, klubun Çempionlar Liqasında səfərdə Barcelona ilə keçirilən qrup mərhələsi oyununda da xoş təsir bağışlamışdı.