Athletic Bilbao`nun ulduz hücumçusu Aritz Aduriz karyerasını bitirdiyini açıqladı. ONBİR Goal.com`a istinad edərək bu xəbəri sizə təqdim edir.

Bud nahiyəsindən əməliyyat olmalı olduğunu açıqlayan Aduriz artıq bədəninin ona əvvəlki kimi oynamağına imkan vermədiyini qeyd edib. Baskoniyalı hücumçu karyerası ərzində ən çox Athletic Bilbao`nun şərəfini qoruyub. O, 14 il müddətində Bilbaoluların heyətində çıxış edib və 405 oyunda 172 dəfə fərqlənməyə nail olub. Bu sezon La Liga`da 14 oyun meydana çıxan Aduriz yeganə qolunu Barcelona`ya qarşı atmış və komandasına San Mames`də tarixi qələbə gətirmişdi.

Qeyd etmək lazımdır ki, 39 yaşlı hücumçu Athletic ilə ilk titulunu qazanmağa çox yaxın olsa da, buna nail ola bilmədi. Bu mövsüm Athletic Bilbao Copa Del Rey`in finalına çıxmağa müyəssər olmuşdu və rəqib digər bask klubu Real Sociedad idi. Koronavirusla əlaqəli olaraq, kubokun final görüşü qeyri-müəyyən tarixə təxirə salınmışdı və artıq bu tarixi finalda Aduriz meydanda olmayacaq.