Serie A`nın köklü klublarından olan AC Milan komandadakı müdafiə problemini Merih Demiral ilə həll etməyə qərarlıdır. Mövsümün əvvəlində Juventus`a 35 milyon avroluq təklif göndərən, lakin təklifi rədd edilən Milan, qış transfer pəncərəsində də bəxtini bir daha sınamaq istəyir.

Mateo Musacchio, Mattia Caldara və Leo Duarte ilə müdafiədə problem yaşayan Milan`ın bu dəfəki təklifinin 40 milyon avro olması gözlənilir. Chiellini və De Ligt`in zədələrinə rəğmən baş məşqçi Sarri tərəfindən hələ də ilk 11-likdə yer ala bilməyən Türk müdafiəçi də bu keçidə xoş baxır. Merih özü də dəfələrlə start heyətdə oynamaq istədiyini bildirmişdi.

Transferdəki yeganə problem Juventus`un prezidenti Agnelli`nin Merih`i satmaq istəməməsi kimi qiymətləndirilir.