Gecənin şübhəsiz ən çox maraqla gözlənilən oyunu B. Dortmund Barcelona görüşüdür. ONBİR, matç öncəsi bilinməsi lazım olan maraqlı məlumatları sizinlə bölüşür:

– Komandalar tarixlərində 3-cü dəfə qarşı-qarşıya gələcəklər. Daha öncə 1997/1998-ci il mövsümündə Super kubokda keçirilən ilk oyunda Barcelona 2-1 qazanıb, ikinci oyun isə 1-1 hesabı ilə nəticələnib.

Barcelona Çempionlar Liqasının qrup mərhələlərində 14 oyundur ki, məğlub olmur. Son 28 qrup matçlarının isə, sadəcə birində məğlub olub.

Borussia Dortmund Çempionlar Liqasında evində oynadığı son 8 oyunun sadəcə 2-i qazana bilib.

Dortmund ardıcıl olaraq 4 ildir ki, Çempionlar Liqasında ispan komandalar ilə üzləşir.

Barcelona Çempionlar Liqasında məğlub olduğu son 17 matçın 16-ı səfərdə qeydə alınıb və bu matçların ikisində rəqib alman komandası olub.

Ehtimal olunan 11-liklər:

Barcelona: Ter Stegen, Semedo, Pique, Lenglet, Alba , De Jong, Busquets, Arthur, Messi, Griezmann, Suarez
Dortmund: Bürki, Hakimi, Akanji, Hummels, Guerreiro, Weigl, Witsel, Sancho, Reus, Hazard, Alcacer