Süper Lig`in 10-cu həftəsində Kasımpaşa`nı öz evində 3-2 hesabı ilə məğlub edən Fenerbahçe`də oynanılan oyun hələ də azarkeşlərin tam olaraq istədiyi futbol deyil. Kasımpaşa qarşısında yüksək təzyiq ilə üstünlük qura bilməyən komandanın 39 yaşlı Emre Belözoğlu`dan asılılığı göz önündədir.

Eyni vəziyyət Emre oyun ərzində əvəz edildikdə də gözə çarpır. Belə ki, Emre həm ötürmə bacarığı ilə komandasını təzyiq altından asanlıqla çıxarda bilir, həm də hücum və müdafiə arasında bir növü körpü rolunu oynayır. Emre olmadıqda isə Gustavo`ya daha çox iş düşür və bu amil bir növ onun performansına da təsir edir.

Hazırda zədəli olan Emre Belözoğlu`nun Malatyaspor səfərində oynama ehtimalı isə hələ tam dəqiq deyil.