Türkiyə Super liqasının son turunda səfərdə Fenerbahçe`ni 3-1 hesabı ilə məğlub edən Galatasaray 2020-ci ildə bütün liqa matçlarını qazanan 2 klubdan biridir. Digər klub isə Liverpool`dur.

Galatasaray 2020-ci ildə sırası ilə Denizlispor, Konyaspor, Kayserispor, Kasımpaşa, Yeni MalatyasporFenerbahçe matçlarının hər birini qələbə ilə başa vurub.

Liverpool isə Sheffield United, Tottenham, Manchester United, Wolverhampton, West Ham, SouthamptonNorwich City matçlarının hamsında qələbə qazanıb.

Qeyd edək ki, Liverpool bu gün Premyer Liqa çərçivəsində West Ham ilə qarşılaşacaq.