Ərəblər Newcastle`ı almaqdan vaz keçdilər
Ərəblər Newcastle`ı almaqdan vaz keçdilər

Bir müddətdir Newcastle United`in ərəblərə satılacağı gözlənilirdi.

ONBİR xəbər verir ki, ingilis klubun hal-hazırkı prezidenti Mike Ashley ilə edilən danışıqlar müsbət nəticə ilə yekunlaşmayıb.

Səbəb kimi danışıqların həddindən artıq uzun müddət çəkməsi göstərilib.

Qeyd edək ki, klubun 340 milyon funt-sterlinqə Mohammed bin Salman`a satılacağı iddia olunurdu.