ONBİR xəbər verir ki, Ajax yarımmüdafiəçisi Hakim Ziyech`in Chelsea`yə transferini rəsmi olaraq təsdiqlədi. Oyunçunun London klubuna keçidini 1 iyun 2020-ci il tarixində baş tutacaqdır. Bu mövsümü isə Mərakeş əsilli niderlandlı futbolçu Ajax`da bitirəcək.

Ziyech`in transferini Chelsea tərəfi də təsdiqlədi. Transfer məbləği 40 milyon avro təşkil edir. Müxtəlif bonuslar hesabına bu məbləğ 44 milyon avroya çata bilər. 26 yaşlı müdafiəçilə şəxsi müqavilə ilə bağlı danışıqlar hələ də davam edir. Daha öncə bildirilirdi ki, tərəflər arasında artıq 5 illik müqavilənin şərtləri razılaşdırılıb.

2016-cı ildən Ajax`da çıxış edən Ziyech, 160 rəsmi oyunda çıxış edib və 49 qolla yadda qalıb.