ONBİR Marca saytına istinadən xəbər verir ki, Arsenalın əfsanəvi baş məşqçisi Arsen Wenger bu yay böyük ümidlərlə Los Blancos`a transfer olunan Eden Hazard`ın Cristiano`nu əvəz edə bilməyəcəyini düşünür. Fransalı baş məşqçinin müsahibəsini təqdim edirik:

“Hazard Real Madrid`də uğurlu çıxış edəcək, amma o, Ronaldo`nu əvəz edə bilməz, çünki mövsüm ərzində 50 qol vurmaq Hazard`ın oyunu stili deyil. O, əslində mükəmməl futbolçudur, lakin biz hələ ki, əsl Hazard`ı görə bilməmişik, çünki fiziki cəhətdən formasında deyil, amma o, yetərincə qol şansı yaradan, böyük matçlarda fərqlənən biridir.

Hazırda Real Madrid`in başqa bir gənc hücumçuya ehtiyacı var, çünki Benzema`nın 32 yaşı var və digər gənc hücumçu ilə əla ikili ola bilərlər”.