Dünən baş tutan TottenhamLiverpool qarşılaşmasından sonra londonluların baş məşqçisi Jose Mourinho komandasına qarşı VAR tərəfindən ədalətsizlik olunduğunu qeyd edib.

Görüşdə olan yeganə qol Roberto Firmino tərəfindən vurulub. Qoldan sonra videotəkrar sistemi epizodda topun Jordan Henderson`un əli ilə təmasının olub-olmamasını yoxlayıb və heç bir qayda pozuntusunun olmadığını məruzə edib.

Tottenham tərəfinin isə etirazı daha əvvəlki aut atışı ilə bağlı olub. Belə ki, onlar topun əslində son olaraq Sadio Mane`nin təmasından sonra meydanı tərk etdiyini və autun onların lehinə olmalı olduğunu iddia ediblər. Buna baxmayaraq, qol qeydə alınıb.

ONBİR oyundan sonra BBC Sport`a danışan Mourinho`nun sözlərini sizlərə təqdim edir: “Mən təkrarı izləməmişəm. Buna baxmayaraq, 200% əminəm ki, top orada rəqibdən meydanı tərk etmişdi. VAR`ın qərarı məni çox məyus etdi.”