Türkiyə Super Liqasında ötən turda Fenerbahçe ilə Alanyaspor arasında keçirilən qarşılaşmada baş hakim rolunda olan Ümit Öztürk`ün verdiyi qərarlar bir çox azarkeşin qəzəbini toplamışdı. Verdiyi qərarlar ilə Türkiyənin gündəmində olan Ümit Öztürk, MHK (Merkez Hakem Kurulu) tərəfindən isə tam qiymət almışdı.

Şübhəsiz ki, hər bir hakimin də azarkeşlik etdiyi bir komanda var. ONBİR sporx`a istinadən Türkiyədə çıxış edən hakimlərin simpatiya duyduğu komandaları sizinlə bölüşür.

Qeyd edək ki, siyahı hakimlərin uşaqlıq şəkilləri və Twitter`də paylaşdıqları postlar əsasında tərtib edilib:

Ümit Öztürk – Galatasaray                        
Cüneyt Çakır – Fenerbahçe
Barış Şimşek – Trabzonspor
Fırat Aydınus – Beşiktaş
Hüseyin Göçek – Galatasaray
Suat Arslanboğa – Beşiktaş
Serkan Çınar – Fenerbahçe
Halis Özkahya – Fenerbahçe
Mete Kalkavan – Beşiktaş
Ali Palabıyık – Galatasaray
Abdulkadir Bitigen – Galatasaray
Koray Gencerler – Fenerbahçe