Trabzonspor prezidenti Ahmet Ağaoğlu klubunun bütün çətinliklərin üstəsindən gələcək gücdə olduğunu bildirib. ONBİR, Medical Park Stadionunda və mətbuata açıq keçirilən iclasda çıxış edən Ahmet Ağaoğlunun verdiyi açıqlamaları sizə təqdim edir:

”Mən kluba prezident seçildikdə klubun 900 milyon lirə borcu var idi. UEFA`da 30-a yaxın oyunçunun maaşları ilə bağlı problemli sənədləri var idi. Qapıya demək olar ki, hər gün vəkil gəlirdi. Ama daha sonra bu borcun hansısa bir problemə səbəb olmasına icazə vermədik. Transfer qadağası və Avropadan ban alma ehtimalımız olsa da, biz bunun üstəsindən gəlməyi bacardıq. Ona görə də unutmamaq lazımdır ki, Trabzonspor heç vaxt ümidsizliyə düçar olmur.