Gənc və Britanyalı futbolçuların ovunda olan Manchester United nüfuzlu Mirror nəşrinin xəbərinə görə Aston Villa`nın kapitanı Jack Grealish`i və Leicester City`nin hal-hazırki uğurlarında xüsusi əməyi olan James Maddison`u transfer etmək niyyətindədir. Ancaq spekulyasiyalara görə Mikel Arteta`da ümid işığı görən Arsenal rəhbərliyi də onun əlini daha da gücləndirmək üçün transfer əməliyyatına başlayacaq. Həmçinin Arsenal da yuxarda adları sadalanan oyunçuların xidmətində maraqlıdır.
Liverpool artıq Takumi Minamino transferini tamamlayıb. Onların yaxın izləyicisi Manchester City də həmçinin rəqiblərinə çatmaq üçün xeyli miqdarda pul xərcləməyə hazır olduqlarının siqnalını artıq verib.
Frank Lampard`ın Chelsea`si isə Wilfred Zaha və Jadon Sancho ikilisindən birini transfer etməkdə maraqlıdır.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.