Bir neçə aydır ki, zədə səbəbilə meydanlardan kənar qalan 22 yaşlı hücumçu Ousmane Dembele`nin önümüzdəki 2 həftə ərzində meydanda olması gözlənilir.

Barcelona klubunun yeni baş məşqçisi Quique Setien isə oyunçunun fərdi məşqlərdə göstərdiyi əzmkar performansdan çox razı qaldığını, hətta bəzən onu görəndə ağlamaq istədiyini dilə gətirib.

Setien Sport`a verdiyi müsahibədə oyunçu barədə bu sözləri deyib:

”Dembele`nin məşqdə göstərdiyi əzmkarlıq məni çox qane edir və o bizim bir növ qışda etdiyimiz transfer kimi geri dönəcək. İnanıram ki, Dembele öz üzərində işləyib daha da inkişaf edəcək. Nəzərə almaq lazımdır ki, oyunçunun sadəcə 22 yaşı var və ağır bir zədədən qayıdır.”