Salah topuğundan zədəlidir bu artıq hamıya məlumdur. Ancaq onun bu gün Aston Villa qarşısında forma geyinəcəyi ehtimal edilir. Bu isə, İngiltərə mətbuatında geniş yer alıb. Oyunçu klubla bu həftəki məşqi buraxmalı olub.

   Salah`ın zədəsi ilə bağlı özü açıqlamasında bildirib ki, topuğunda qəribə və narahatedici bir ağrı var. Onun topuğundakı zədənin fotoşəkilləri də mətbuatda yer alıb. Jurgen Klopp özü də bildirib ki, o öz “superstar”-ının Aston Villa qarşısında forma geyinəcəyinə ümid edir. Mo Salah`ın zədələnmə epizodu hələ 1 ay əvvəl Leicester qarşısında Hamza Choudrey`in ona müdaxiləsindən sonra yaşanmışdı.

Klopp bildirib ki: “Düşünürəm ki, bu zədə məndən daha çox Salah`ın özü üçün daha narahatedici haldır. Bu tipli oyunçuların hər oyuna tam hazır olmağı onların özləri üçün də vacibdir. O yaxşı olacaq, sadəcə ona individual məşqlər lazımdır. Həkimlərlə məsləhətləşəndən sonra onun oynamasına tam qərar veriləcək”.