İki həftəlik fasilədən sonra Sadio Mane Liverpool komandasının kollektiv məşq sessiyasına qayıtdı. Bu təlim-məşq toplanışı qış fasiləsindən sonra Liverpool`un Melwood`da komanda şəklində ilk yığıncağı idi.

Qeyd etmək lazımdır ki, Mane 23 Yanvar tarixində Wolverhampton`a qarşı keçirilən görüşdə baldır nahiyəsindən zədə almışdı. O, məşqə qayıtmaq xəbərini İnstagram`dakı şəxsi hesabında öz izləyiciləri ilə paylaşaraq yenidən yaşıl meydanlara dönəcəyi üçün xoşbəxt olduğunu bildirdi.

Sadio Mane ilə yanaşı komandanın vitse-kapitanı James Milner də komanda ilə birgə məşqlərə başladı. Jurgen Klopp hər iki futbolçunun xidmətindən şənbə günü Norwich City`ə qarşı keçiriləcək görüşdə yararlana bilər.