Qış transfer pəncərəsində Galatasaray`dan Ajax`a transfer olan hollandiyalı futbolçu Ryan Babel transferi ilə bağlı ilk dəfə mətbuata danışıb. Ajax`a qayıtmağının kariyerasında vacib bir addım olduğunu dilə gətirən 33 yaşlı futbolçu sporx`a bu açıqlamaları verib:

”Galatasaray ilə çətin bir mövsüm keçirdim. Komanda da performans cəhətdən çətinlik çətirdi. Belə ki, komandanın zəif çıxış etməsi mənim də formda qalmağıma mənfi təsir göstərirdi. Buna görə də Ajax`a getməyin ən doğru qərar olduğunu düşündüm.”

”EURO-2020`də çıxış etmək həqiqətən də mənimçün etdiklərimin mükafatı kimi olar. Həmişə bu barədə xəyal qururam. 2006-cı ildə ki Dünya Kupasında yarım saat oynadım, 2010-da heç çıxış etmədim. Bu yay keçiriləcək olan EURO-2020 mənim ilk çempionatım olacaq kimi hiss etdirir.”