Benfica`nın gənc ulduzu hansı klubun yolunu tutacaq?

ONBİR, Mirror`a istinadən bildirir ki, gənc Ruben üçün artıq Manchester şəhərinin iki nəhəngi UnitedCity mübarizəyə başlayıb. Meydanda işləri yaxşı getməyən “Qırmızı Şeytanlar” bu ilin qış aylarında baş məşqçi Ole Gunnar Solskjaer`ə transferlərdə tam azadlıq verməyi planlaşdırır. Digər tərəfdən hal hazırda Avropada oyun dəst xətti ilə seçilən Pep Guardiola`nın komandası olan “Şəhərlilər” də Ruben`i transfer etməkdə qətiyyətlidir. Vəziyyət belə olduğu təqdirdə gənc oyunçu qarşısında seçim yaranmış olur.

Ancaq Ruben Dias müdafiə yönümlü oyunçudur və United hal hazırda Premier League`da 9 qol buraxmaqla ən az qol buraxan klublardan birisidir. ManchesterCity`nin isə müdafiədə problemləri var və bu problemlər çempionluq yarışında həll edilməsi vacib problemlərdir.

ONBİR, Portuqaliya mənbələrinin Mirror`a verdiyi məlumatlara istinadən bildirir ki, Ruben Dias`ın sərbəstqalma məbləği 59 milyon funt sterlinq təşkil edir. Ancaq Benfica bu məbləği 79 milyona qaldırmağı planlayır.

Qeyd edək ki, Manchester United bu yay Harry Maguire transferində 80 milyonu ödəməklə Manchester City ilə olan yarışdan qalib ayrılmağı bacardı. Və bunu da əlavə etmək vacibdir ki, Manchester United müdafiəsi olduqca etibarlıdır və Ole Gunnar Solskjaer böyük ehtimalla müdafiə yox yarımmüdafiyəyə əlavə oyunçuların alınmasını istəyir.