ONBİR Marca saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçunun ən böyük istəyklərindən biri La Liqada çıxış etmək olub, amma Inter`in prezidenti Marotta hər iki təklifi geri çevirərək onun komandadan getməsinə icazə verməyib. Futbolçunun müsahibəsini təqdim edirik:

“2002/03-cü ildə xüsusilə Barcelona`dan yaxşı təklif almışdım. Həmən ərəfədə Marotta`nın Blaugarana ilə münasibəti yaxşı idi və bu təklifə yaxşı yanaşırdı, amma daha sonradan fikrindən döndü. Növbəti təklif isə Valencia`dan olmuşdu, hansı ki, o ərəfədə çox uğurlu çıxış edirdi. Bu təklifi də geri çevirdilər və xəyallarım puç oldu.


O ərəfədə İtaliya və İspaniya futbolu arasında yetərincə fərq var idi. İtaliyada oyun çox yavaş irəliləyirdi və top sanki hərəkət etmirdi, amma Ispaniyada top demək olar göydən yerə düşmürdü. Onlara qarşı oynayarkən çox çətinlik çəkirdik”.