UEFA Çempionlar Liqasının 1/16 mərhələsində PSG ilə Borussia Dortmund`un qarşı-qarşıya gələcəyi vacib oyun öncəsi PSG`nin superstarı Neymar da Silva Sky Sport`a bir neçə açıqlamalar verib. Rəqib komandanın oyun stilindən razı qaldığını bildirən Neymar, xüsusilə 21 yaşlı ingilis futbolçu Sancho barədə öz fikirlərini bölüşüb:

Dortmund hər an fərq yarada biləcək oyunçulardan ibarət bir komandadır. Bu qarşılaşma şübhəsiz ki, bütün izləyicilərə zövq verəcək. Jadon isə oyununu izləməkdən həzz aldığım və bacarıqları limitsiz olan yüksək keyfiyyətli bir oyunçudur. Sancho mənim üçün çox xüsusi biridir və texnikasına söz ola bilməz.”

Qeyd edək ki, zədə səbəbilə son iki liqa matçında forma geyinə bilməyən Neymar 18 fevralda oynanacaq Dortmund matçına tam hazır vəziyyətdə olacaq.