Massimiliano Allegri yenidən Milan’ın baş məşqçisi ola bilər, ONBİR La Gazetta Della Sport idman dərcinə istinadən bildirir.

Məlumata görə, “Qırmızı-Qaralar” 52 yaşlı mütəxəssisdə öz “Aleks Ferguson”larını görür və inanır ki, məhz Allegri’nin köməyi ilə klub Serie A’da və Avropada titul qazanmağa namizədlər sırasına yenidən qayıda bilər.

Eyni zamanda Milan bəzi tanınmış futbolçularının satışından gəlir götürməyi planlaşdırsa da, klub rəhbərliyi qapıçı Gianluigi Donnarumma`nı komandada saxlamaq fikrindədir.

Xatırladaq ki, Allegri Milan’nı 2010-2014-cü illər aralığında çalışdırıb. Onu rəhbərliyi altında klub 2010-2011 mövsümündə İtaliya çempionu olmuş və İtaliya Superkubokunu qazanmışdı.