ONBİR xəbər verir ki, bu gün Coppa Italia çərçivəsində baş tutacaq MilanJuventus oyunu azarkeşlər tərəfindən izlənmə rekordu qıracaq. Belə ki, axşamki qarşılaşmada San Siro`da anşlaq olacağı gözlənilir.

Son məlumatlara əsasən, Milan tərəfinə ayrılan biletlər artıq satılıb. Juve azarkeşlərinin də görüşədək bütün biletləri alacağı ehtimal edilir.

Stadionda ən azı 70.000 azarkeşin olacağı gözlənilir ki, bu da İtaliya kuboku üçün yeni rekord göstərici olacaq.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 23:45 də başlayacaq oyunu onbir.az saytından canlı izləyə bilərsiniz.