Galatasaray`ın 23 yaşlı braziliyalı müdafiəçisi Marcao`nu transfer etmək üçün İtalyadan 3 komanda hərəkətə keçib.

Belə ki, ötən mövsümlə müqayisədə bu mövsüm daha yaxşı performans göstərən Marcao üçün Atalanta, FiorentinaUdinese klubları oyunçunu daha yaxından izləmə qərarı alıb.

Galatasaray forması ilə bu mövsüm 28 matça çıxan Marcao ötən mövsümün ortasında 4 milyon avro qarşılığında Chaves`dən transfer edilmişdi.  

Qeyd edək ki, Galatasaray qış transfer pəncərəsində Espanyol`un Marcao üçün 5 milyon avro dəyərindəki təklifini qəbul etməmişdi.