Manchester United`in bu mövsümə olduqca pis başlaması artıq hamıya məlumdur. Klub rəhbərliyi baş məşqçi Ole Gunnar Solskjaer`ə lazım olan məbləğdə transfer büdcəsi ayırıb. Onlar yanvarda açılacaq olan transfer pəncərəsindən sonra artıq komandada müsbət dəyişikliklərin olacağına inanırlar. Manchester United`in hücumun sivri ucunda yaşanan çətinliklərə çarə olaraq Mario Mandzukic transferini görməyi və Juventus ilə danışıqlara başlamağı mətbuatda uzun müddət əvvəl yayılıb. Gözləntilərə əsasən yanvar ayından sonra Mario United`ə transfer olacaq.

Bundan əlavə rəhbərlik komandanın hücumameyilli yarımmüdafiəçi probleminin həlli üçün Leicester City`dən Maddison, Borussia Dortmund`dan Jadon Sancho, həmçinin hücumda da Erling Haaland transferlərini yekunlaşdırmaq istəyir. ONBİR, Mirror`a istinadən bildirir ki, United rəhbərliyi yanvarda Haaland transferini başa vurub onu yenidən icarə əsasında Salzburg`a göndərmək istəyir.