ONBİR ESPN saytına istinadən sizə xəbər verir ki, Manchester United 2014/15 mövsümündən bəri forma sponsoru olan Chevrolet ilə yeni bir müqavilə imzalamağa hazırlaşır.
General Motors Company`nin nəzarəti altında olan Chevrolet, Manchester United ilə 570 milyon avroluq forma sponsoruluğu müqaviləsinə imza atacaq. Müqavilə 7 illik olacaq Dünya üzərində aparılan araşdırmalara görə, hal-hazırda 1.1 milyar azərkeşi olan Manchester United`in, azərkeşlərinin sayı son 7 ildə 67% artmışdır.
“Qırmızı Şeytanlar” sponsurluqdan gələn gəlirin hamısını transferlər üçün xərcləyəck.
Klub sözçüsü etdiyi açıqlamada, “Chevrolet ilə möhtəşəm bir ortaqlığımız var və bu tərəfdaşlığı maksimum səviyyədə davam etdirmək istəyirik” – dedi.
Manchester United, Premier League`nın 8-ci turunda 9 xalla 12-ci sırada yer alır.