Ana Səhifə Dünya Ana Səhifə “Mançester Yunayted”in Mourinyoya ödədiyi təzminatın məbləğini açıqladı

“Mançester Yunayted”in Mourinyoya ödədiyi təzminatın məbləğini açıqladı

260
Paylaş

İngiltərənin “Mançester Yunayted” klubu ötən ilin dekabr ayında istefaya göndərdiyi sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminatın məbləğini açıqlayıb.

“onbir.az” “report.az”a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə portuqaliyalı mütəxəssisə 25 milyon avro təzminat ödədiyini bəyan edib.

Qeyd edək ki, Mourinyo “Liverpul”a 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Onun əvəzində “qırmızı şeytanlar” baş məşqçi postuna Ola Qunnar Sulşeri gətirib.

“Mançester Yunayted”dən ayrılandan bəri heç bir komandanı çalışdırmayan Mourinyonun yeni iş yeri də müəyyənləşib. O, bundan sonra Rusiyada yerli kanalların birində Çempionlar Liqasının oyunlarını şərh edəcək.