Manchester United son Manchester derbisində 1-3 hesabı ilə məğlub olaraq komandada irəliləyişin çox zəif olduğunu sübut etdi. Bu səbəbdən təcili olaraq transfer əməliyyatlarını sürətləndirməlidirlər. Ole üçün işin daha ağır tərəfi hazırda sosyal medyada onun getməyini istəyən minlərlə United fanatı ona təzyiq etməkdədir. Belə ki hər 40 saniyədə bir ədəd #OleOut yazılmış paylaşım edilir. Bu haqda bir çox yerdə də son bir neçə saatdır xəbərlər yazılmaqdadır. Xüsusilə azarkeşlərin heç olmasa bu ili bir kubokla başa vurmaq arzuları da xeyli azaldı. Artıq onlar Carabao Kubokunda mübarizəni dayandırdı. Ed Woodward`ın tezliklə transfer edərək Ole`yə kömək etməli olduğu artıq hər kəs tərəfindən yazılır. Son olaraq isə komandanın adı Donny van de Beek`lə hallanır.