Ivan Juric Verona 15/09/2019 Stadio Bentegodi Football Serie A 2019/2020 Hellas Verona - AC Milan Photo Image Sport / Insidefoto

Verona`nın baş məşqçisi Juric Juventus`u “ürəkləri” ilə məğlub etdiklərini qeyd edərək, oyundan belə nəticə ilə ayrılacaqlarını gözləmədiyini etiraf edib.

Dünən baş tutan qarşılaşmada Hellas Verona lider Juventus`la oyunda Ronaldo`nun qolundan sonra geriyə düşsə də, Borini və Giampaolo Pazzini`nin qolları ilə möhtəşəm bir geri dönüş etməyi bacarıb.

Bu qələbə ilə Verona məğlubiyyətsizlik seriyasını 8 oyuna çatdırıb. Ötən həftələrdə onlar MilanLazio kimi komandalara da məğlub olmamışdılar.

ONBİR DAZN`ə danışan Juric`in sözlərini sizə təqdim edir:

“Biz bu gün ən yaxşı oyunumuzu oynamasaq da, bütün ruhumuzla mübarizə apardıq. İlk 35 dəqiqəni yüksək səviyyədə keçirtdik, lakin sonra bir neçə qol imkanımızı xərclədik və bəzi taktiki səhvlərə yol verdik. Xoşbəxtlikdən matçı öz xeyirimizə sonlandırmağa nail ola bildik.”