ONBİR Telegraph`a istinadən xəbər verir ki, Chelsea`nin baş məşqçisi Frank Lampard yay transfer pəncərəsi üçün tərtib etdiyi siyahının ən başında Ajax`da forma geyən Hakim Ziyech`in adını yazıb.

Yanvar ayında Ajax`a təklif göndərən və mənfi cavab alan ”Göylər” şansını bir daha sınamaq istəyir. Ziyech isə öz növbəsində rəhbərliyə Premyer Liqaya getmək istədiyini bildirib.

Amsterdam təmsilcisi, əgər transfer baş tutarsa, Chelsea`dən ən 45 milyon sterlinq tələb edəcək.

Qeyd edək ki, xəbərdə yayda transfer etməsi üçün Frank Lampard`a 150 milyon sterlinq dəyərində büdcə ayrılacağı da qeyd edilib.