Mövsümə Manchester United tərəfindən darmadağın edilərək başlayan Chelsea hamı tərəfindən bu mövsüm yaxşı nəticə göstərməyəcəyinə inanılan kollektiv halına gəlmişdi. Super Kubok məğlubiyyətindən sonra da kollektivin şansları daha aşağı göstərilməyə başlandı. Frank Lampard`ın transfer qadağası olan Chelsea ilə nə qədər uğur qazanacağı hamıya naməlum görünürdü. Ancaq zaman keçdikcə oyun fəlsəfəsi yavaş-yavaş oturmağa başladı. Komanda hücum futbolunu olduqca gözəl yerinə yetirir, taktiki baxımdan isə göz oxşayırdı. Komandada çatışmayan bəzi xırda göstəricilər isə təcrübə əksikkliyi kimi qələmə verilə bilər.

Mason Mount və Tammy Abrahamla yanaşı Batshuayi də artıq diqqətləri öz üzərinə cəmləməyi bacardı. Frank Lampard bundan 1 aya yaxın müddət əvvəl Chelsea u21 və Liverpool u21 komandalarının görüşünü canlı olaraq Stamford Bridge stadionundan izləyərkən görüntülənmişdi. Batshuayi artıq burada onun diqqətini tam cəlb etməyi bacarmış və bunun ardından Chelsea`də sonradan meydana daxil olmağa başlamışdı. Oyunçu əvəzetmələrdə meydana daxil olub oyuna öz fərqini qoyurdu.

Chelsea – Ajax qarşısında səfərdə yenə Batshuayi`nin qolu ilə qalibiyyəti və 6 xalı rəsmiləşdirdi. Frank oyundan sonra yarımmüdafiə xəttinin oyununu və Batshuayi`ni diqqətdən kənar qoymayaraq necə vacib iş gördüklərini vurğuladı. Bəs Batshuayi artıq meydana əsas heyətdə çıxacaqmı? Hal-hazırda əsas sual budur. Frank komandanın artıq rəqiblər üçün qorxulu ola biləcəyindən də danışıb.

Qeyd edək ki, Chelsea Premier League çərçivəsində həftə sonu Burnley ilə qarşılaşacaq.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.