Beşiktaş futbol klubu ötən gecə rəsmi internet səhivəsindən təcrübəli baş məşqçi Abdullah Avcı`nın müqaviləsinə tək tərəfli xitam verildiyini açıqlayıb.

Bu həftə keçiriləcək olan Göztepe Beşiktaş matçına baş məşqçi olmadan çıxması gözlənilən Beşiktaş artıq Sergen Yalçın ilə görüşmələrə başlayıb.

Beşiktaş cəbhəsi Sergen Yalçın ilə razılaşma əldə etməzsə, o zaman ikinci plan olaraq Samet Aybaba yaxud Erol Bulut`a təklif göndərəcək.

Beşiktaş əfsanəsi Metin Tekin isə baş məşqçi postuna gələcək şəxsin yerli olmayacağı fikrindədir. O beİN Sports`a bu açıqlamları verib:
”Mən şəxsən eşitdim ki, xarici bir baş məşqçi ilə təmaslar olub. Sergen Yalçın bir gün gələcək, sözsüz, lakin o günün bu gün olduğundan əmin deyiləm.”