ONBİR Marca qəzetinə istinadən xəbər verir ki, kataloniyalılar müdafiənin mərkəzində əsl problem yaşayır, çünki Pique və Lenglet bu mövsüm baş tutan bütün matçlarda bir dəqiqə belə istirahət etmədən çıxış ediblər. Ehtiyatda Todibo və Umtiti var ki, onlar hələ ki, hazır deyillər. Ümiti Dünya Çempionatından sonra aldığı zədə səbəbilə heç cür özünə gəlməyi bacarmır. Todibo isə, məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün Valverde ona güvənmir.