Everton`un baş məşqçisi Karlo Ancelotti müsahibəsində Liverpool və şəhər derbisi haqqında danışıb. ONBİR Sport Witness`ə istinadən bu müsahibəni təqdim edir:

“Liverpul qeyri-rəsmi şəhərdir. Şəhər balacadır və burada insanlar mehridandırlar. Mənim bundan xoşum gəlir, rəsmi şəhərləri sevmirəm. Bəli, Londonda və ya Parisdə daha çox seçim var, amma Liverpulda, Madriddə də olduğu kimi şam yeməyinə xüsusilə geyinmək lazım deyil.

Əgər bir insan İtalyan futboluna öyrəşibsə, İngiltərə onun üçün başqa bir dünya olacaqdır. Mən oyunun intensivliyindən danışmıram, bunun əhəmiyyəti yoxdur. Burada abu-hava tamamilə başqadır. Məsələn, İngiltərədə tribunalardan xoşagəlməyən sözlər eşitmərsən. Bəzi italyan stadionlarında elə bir təəsürat yaranır ki, sənə nifrət edirlər. Səbəb sənin bir klubdan digərinə keçməyin ola bilər. Düz arxanda bir oğlan oturur və 90 dəqiqə ərzində ağzından çıxanı sənə qışqırır. Burada belə bir halı təsəvvür etmək belə mümkün deyil.

Bizim Livepool`la rəqabətimiz tam olaraq idman çərçivələrindədir, necə ki bu MilanInter qarşıdurmasında da baş verir. Coğrafi, ictimai, siyasi və ya dini əsasda, azarkeşlər arasında heç bir qarşılıqlı nifrət yoxdur.

Klopp`la münasibətlərimiz çox gözəldir, biz əvvəlcədən bir-birimizi tanıyırdıq. Həmçinin Mourinho`la münasibətlərimiz yüksək səviyyədədir”.